Polşa Ukraynanın qarşısına şərt qoydu - Aİ-yə yol qətliam məsələsindən keçir
Hurriyyet.az xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "Polsat" telekanalının efirindəki çıxışı zamanı Volın qətliamı məsələsi həll edilməyənə qədər Ukraynanın Avropa İttifaqına daxil olmayacağını bəyan edib. Nazir Polşanın Ukraynanı dəstəkləmək üçün əlindən gələni əsirgəmədiyini, lakin həll olunmamış tarixi məsələlər səbəbindən münasibətlərdə hər şeyin ideal olmadığını söyləyib. Kosinyak-Kamış qeyd edib ki, bu məsələlərdən biri Volın qətliamıdır.
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan zərər çəkiblər. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilib. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatıb. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirib.
Hürr Tərcüman