Polşa vətəndaşlarına kömür paylayacaq
2022-11-03 00:01:00
Polşada vətəndaşlara kömür paylanacaq.
Bu barədə Polşa Prezidenti Andjey Duda açıqlama verib.
"Mən bu məsələnin aktuallığının fərqindəyəm. Yerli idarəetmə orqanları tərəfindən kömür paylanmasına icazə verəcək qanunu ən qısa zamanda imzalayacağam", - deyə A.Duda vurğulayıb.
Polşa parlamentinin ötən həftə təsdiq etdiyi qanun layihəsinə görə, yerli idarəetmə orqanları kömür paylamaq səlahiyyətinə malik olacaq.\\Bakupost.az