Polşada iki nəfər rusiyalı casusluqda ittiham edilir
2023-08-14 13:54:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiya Federasiyasının iki vətəndaşı Polşada casusluq fəaliyyətində ittiham olunaraq həbs edilib. Onların “Vaqner” özəl hərbi şirkətinin təbliğatçı materiallarını yaydıqları bildirilir. Bu barəsə açıqlamanı Polşanın Daxili İşlər naziri Mariuş Kaminski verib. Kaminski “İks” (X – keçmiş “Tvitter”) şəbəkəsində yazıb: “Daxili Təhlükəsizlik Agentliyi (ABW) polislə birgə keçirdiyi əməliyyat zamanı iki nəfər rusiyalını aşkar edərək saxlayıb – onlar “Vaqner” qrupunun təbliğatçı materiallarını Krakovda və Varşavada təbliğ edirdilər”.
Hürr Tərcüman