📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşadakı soydaşlarımızın azyaşlı övladlarına Azərbaycan və ingilis dilləri tədris olunacaq

2022-01-05 23:12:00

Polşadakı soydaşlarımızın azyaşlı övladlarına Azərbaycan və ingilis dilləri tədris olunacaq

Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşada yaşayan soydaşlarımızın azyaşlı övladları üçün Azərbaycan və ingilis dilləri tədris olunacaq. 
Bununla bağlı Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov "Facebook" profilindən Polşada yaşayan soydaşlarımıza müraciət edib.
Fərid Cəfərovun müraciətində deyilir: "Dərslər hər həftənin şənbə günü ümumilikdə 1 saat olmaqla Varşava Azərbaycan Evində keçiriləcəkdir. 
Dilləri tədris edəcək müəllim uzun müddətdir Polşada yaşayan və uşaq bağçalarında ingilis dili müəllimi kimi fəaliyyət göstərən həmyerlimiz Esmira Şıxməmmədova olacaqdır.
Esmira xanım keçmiş Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsindən məzun olub və uzun illər tərcüməçi və müəllim kimi fəaliyyət göstərib.
Tədris prosesi tam təmənnasız həyata keçiriləcəkdir. Əgər siz də övladlarınızın ana dilini və ingilis dilini daha yaxşı öyrənməsini istəyirsinizsə, zəhmət olmasa, mesaj bölməsinə ad, soyad və əlaqə nömrənizi və övladınızın yaşını qeyd edin.
Düşünürəm ki, bu addımla həm də azərbaycanlı ailələrin tanış olmasında, qarşılıqlı dostluq münasibətlərinin yaranmasında da rolumuz olar.
Qeyd: Müraciət etmiş şəxslər üçün Whatsapp qrupu yaradılacaq və müəllimlə görüş təşkil olunacaq. Əlavə suallar olarsa, Whatsapp qrupda və ya müəllimlə görüş zamanı cavablandırılacaqdır".

 

 

Azerforum.com