📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşadan açıqlama: “İlk “Bayraktar”ımız artıq 12-ci bazadadır. İlk əsgərlərimiz artıq Türkiyədə təlim keçirlər”

2022-10-28 18:46:00

Polşadan açıqlama: “İlk “Bayraktar”ımız artıq 12-ci bazadadır. İlk əsgərlərimiz artıq Türkiyədə təlim keçirlər”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Polşa Türkiyədən ilk “Bayraktar TB2” uçuş aparatlarını alıb. Bu barədə məlumatı Polşanın Müdafiə naziri Mariuş Blaşak verib.

“İlk “Bayraktar” artıq 12-ci bazadadır. İlk əsgərlər artıq Türkiyədə təlim keçirlər”.

Müdafiə naziri bunun Polşa ordusunun təchizatında mühüm mərhələ olduğunu qeyd edib və “Bayraktar TB2”-nin təkcə kəşfiyyat yox, həm də zərbə endirmək missiyasının olduğunu xatırladıb.

Hürr Tərcüman