📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşadan çağırış: “Yaxın Şərqdən gələn təyyarələr Belarusa buraxılmasın”

2021-11-10 17:24:00

Polşadan çağırış: “Yaxın Şərqdən gələn təyyarələr Belarusa buraxılmasın”

 

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqının başçısı Şarl Mişel ilə görüşdən sonra Yaxın Şərqdən olan təyyarələrin Belarusa buraxılmaması təklifi ilə çıxış edib. Onun fikrincə, bu, Yaxın Şərqdən olan miqrantların Belarus-Polşa sərhədinə toplaşmasının qarşısını ala bilər.

Xəbər verdiyimiz kimi, Moravetski bundan əvvəlki çxıışında Belarusla Polşa sərhədində çox sayda miqrantın toplaşmasını Minsk ilə Moskva tərəfindən şantaj kimi qiymətləndirmişdi.

Hürr Tərcüman