📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşanın baş naziri Mateuş Moravetskidən Rusiyaya MESAJ: "Bu gün bütün transatlantik birliyini bizi Şərqdən təhdid edən Şahdan qorumaq ümumi vəzifəmizdir"

2021-09-08 11:43:00

Polşanın baş naziri Mateuş Moravetskidən Rusiyaya MESAJ:

Polşanın baş naziri Mateuş Moravetski Rusiyanı qonşu ölkələri özünə tabe etməkdə və onları özünün oyuncağına çevirməkdə ittiham edib. Polşa rəsmisinin bəyanatı “Postimees” nəşrində yayınlanıb. 

Baş nazir bəyanatla bağlı bəyan edib ki, Polşa və Baltikyanı ölkələr “müstəqilliyin heç kimə əbədi verilmədiyini” göz önündə tutaraq hər zaman ayıq-sayıqlığını saxlamalıdırlar. “Bu gün bölgəmizin hansı dərəcədə əhəmiyyətli olduğunu qiymətləndirmək qeyri-mümkündür. Bütün Avroatlantik bölgənin təhlükəsizliyinin məsuliyyəti Polşanın və Baltikyanı ölkələrin çiynindədir. 21-ci əsrin astanasındayıq, amma buna baxmayaraq, bəzi ölkələrdə siyasətin lüğətindən ekspansionizm və imperializm kimi anlayışlar hələ də itməmişdir. Bu cür praktikanın hansı dəhşətli meyvələri verəcəyini bizdən yaxşı heç kim bilmir” deyə Polşanın baş naziri Mateuş Moravetskinin sözlərindən “Postimees” nəşrində sitatlar gətirilib.

Məqalədə o xəbərdar edərək bildirir ki, "gözümüzün önündə, tarixin şeytanları" hər an oyana bilər, buna görə də onlara qarşı hər gün mübarizə aparmaq lazımdır. “Geosiyasət-Polşa, Estoniya, Litva və Latviyanın əsrlərlə Rusiyaya qarşı böyük şahmat taxtasında apardıqları oyundur və buna görə də onlar bir neçə addımı qabaqcadan görə bilirlər. Bu gün bütün transatlantik birliyini bizi Şərqdən təhdid edən Şahdan qorumaq ümumi vəzifəmizdir".

Mateuş Moravetski, Aleksandr Lukaşenkonu da bir neçə cəbhədə gedən hibrid müharibəyə səbəb olduğu üçün qınayıb. Onun fikrincə, Lukaşenko hər bir demokratiyaya xas olan daxili siyasi parçalanmanı qızışdırmağa çalışır. "Lukaşenko demokratik seçkilərin nə olduğunu bilmir, amma kollektiv duyğuları idarə edən mexanizmləri çox yaxşı bilir. O, alçaq oyun oynayır ... ”- deyə Polşalı siyasətçi bildirib.

Ülviyyə Şükürova

Hurriyyet.az