📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşanın Baş naziri ünvanına təhdidlər daxil olduğunu deyib

2024-05-16 20:07:15

Polşanın Baş naziri ünvanına təhdidlər daxil olduğunu deyib

“Slovakiyalı həmkarıma sui-qəsddən sonra mənim də ünvanıma təhdidlər daxil olur”.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu açıqlamanı Polşanın Baş naziri Donald Tusk verib.

O bildirib ki, artıq şəxsi mühafizəsinin gücləndirilməsi barədə qərar qəbul olunub. Hökumət başçısı həmin təhdidlərdən birinin fotosunu da paylaşıb:

“Dünən belə təhdidlərin sayı daha çox idi”, - Donald Tusk belə yazıb.