Polşanın BMT-dəki daimi nümayəndəsi istefa verdi
2026-11-02 21:51:00
Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski ölkədəki Konstitusiya Tribunalının vəziyyəti ilə əlaqədar istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin katibi Maçey Vevor sosial media platforması "X"də məlumat verib.
"Səfir Kşiştof Şerski xarici işlər naziri Radoslav Sikorskiyə BMT-dəki diplomatik missiyasının ləğvi xahişi ilə müraciət edib. Nazir Sikorski bu xahişi təmin edib. Səfir Şerski bu ay missiyasını başa vuracaq", - deyə katib yazıb.