Polşanın Moskvadakı səfiri RF XİN-ə çağrıldı
2022-04-08 16:18:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya XİN-ə çağrılıb. Bunun səbəbi Varşavanın Rusiyanın 45 nəfər diplomatını ölkədən çıxarmağı qərara almasıdır.
Polşa XİN 23 mart tarixində cüsusluq etdikləri şübhəsi ilə 45 nəfər rusiyalı diplomatın ölkəni tərk eləməsini tələb edib. Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev diplomatların Polşanı tərk eləməsi üçün maksimum 5 gün vaxt verildiyini bildirib.
Rusiya tərəfi cavab addımları atacağını bildirib.
Qeyd edək ki,Kşiştof Krayevski 2005-2010-cu illərdə Polşanın Azərbaycandakı, 2014-2018-ci illərdə isə Bolqarıstandakı səfiri işləyib.
Hürr Tərcüman