Polşanın XİN rəhbəri: "NATO ölkələrinin hərbçiləri artıq Ukraynadadır"
2024-03-11 17:08:02
“NATO ölkələrinin hərbçiləri artıq Ukraynadadır”.
Hurriyyet.az xəbər verir ki, bu açıqlama ilə Polşanın xarici işlər naziri Radoslav Sikorski çıxış edib.
“NATO-nun hərbi qulluqçuları artıq Ukraynadadır. Mən bu ölkələrin nümayəndələrinə riskə getdiklərinə görə səmimi təşəkkürümü bildirirəm”, - nazir qeyd edib.
Eyni zamanda, Sikorski hansı ölkələrdən olan hərbçilərdən söhbət getdiyini açıqlamayıb.
report.az