📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Poltavada Rusiyanın 4 pilotsuz uçuş aparatı vuruldu

2022-02-26 17:19:00

Poltavada Rusiyanın 4 pilotsuz uçuş aparatı vuruldu

Poltava şəhərinin meri Aleksandr Mamay şəhər sakinlərini partlayış səsləri eşidəndə təşvişə düşməməyə çağırıb.

O qeyd edib ki, yerli ərazi müdafiəsi hazırda işləyir və bu gün artıq Rusiyanın 4 pilotsuz təyyarəsini vurub: "Hörmətli poltavalılar! Sakit olun! Təşvişə düşməyin. İndicə eşitdiyiniz partlayış səsləri sizi qorxutmasın. Ərazi müdafiəmiz Rusiyanın 4 pilotsuz uçan aparatını vurub. Anladığınız üçün təşəkkür edirik! Xəbərləri izləyin”, - Mamay yazıb.

virtualaz.org