Poroşenko dövlətə xəyanətdə İTTİHAM OLUNUR
Ukraynanın sabiq prezidenti Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunur.
Bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katibi Aleksandr Turçinov çıxış edib.
Onun sözlərinə görə, P.Poroşenko xaricdə nəzərdə tutulmuş bir sıra görüşlər keçirdikdən və qısa məzuniyyətdən sonra vətənə dönəcək.
Eks-prezidentin vəkili İliya Novikov bildirib ki, Petro Poroşenko Ukraynanın separatçıların nəzarəti altında olan Donbas bölgəsindən kömür tədarükünə görə vətənə xəyanət ittihamı ilə əlaqədar dekabrın 23-də istintaqa çağırılıb.
İlkin məlumata əsasən, Ukraynanın sabiq Prezidenti terrorizmin maliyyələşdirilməsi, dövlətə xəyanət və terror təşkilatının fəaliyyətinə yardım göstərməkdə ittiham olunur.
Ukrayna qanunvericiliyinə görə, məhkəmə sözügedən ittihamları təsdiq edərsə, 56 yaşlı siyasətçini əmlakı müsadirə edilməklə 15 il müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
P. Poroşenko özü ittihamları rədd edib. \\Ölkə.Az