📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Portuqaliyada Prezident bütün nazirləri işdən çıxardı

2023-12-08 14:28:29

Portuqaliyada Prezident bütün nazirləri işdən çıxardı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Portuqaliyanın Baş naziri Antoniu Koşta korrupsiya qalmaqalı səbəbindən vəzifəsini tərk edəndən sonra ölkə Prezidenti Marselu Rebelu di Souza hökumətin indiki heyətinin istefa verməsi barəsində fərman imzalayıb. Qərar dekabrın 8-dən qüvvəyə minib.

Noyabrın 7-də Antoniu Koşta korrpusiya qalmaqalı fonunda istefa verdiyini bəyan etmişdi. Portuqaliya polisi Nazirlər Kabinetinin başçısının rəsmi iqamətgahı və iki nazirlik də daxil olmaqla, 40-dan artıq axtarış aparmışdı. Bir neçə nəfər həbs edilib. Baş nazirin administrasiyasının rəhbəri Vitor Eşkaria da saxlanılanlar arasındadır.

Hürr Tərcüman