Portuqaliyada sosialistlər qalib gəldi
2022-01-31 12:15:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Portuqaliyada yanvarın 30-da, bazar günü keçirilən növbədənkənar seçkilərdə 2019-cu ildən indiyə qədər azlıq hökuməti ilə iqtidarda olan Sosialist Partiyası (PS) qalib olub.
Baş nazir Antonio Kostanın rəhbərlik elədiyi Sosialist Partiyası 230 mandatı olan parlamentdə 117 və ya 118 yer qazanıb. Kosta qarşıdakı 4 il ərzində Portuqaliyanı idarə edəcəklərini söyləyib. Baş nazir deyib: “Parlamentdə əksəriyyətdə olmaq mütləq gücə sahiblənmək demək deyil. Demokratiyada heç kim təkbaşına idarə edə bilməz. Portuqaliyalıları təmsil edən bütün siyasi partiyalarla dialoq quracağam”.
Hürr Tərcüman