📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Postumuza qumbara atan erməni terrorçuya qarşı heç bir ittiham irəli sürülməyib - Açıqlama

2021-11-15 19:55:00

Postumuza qumbara atan erməni terrorçuya qarşı heç bir ittiham irəli sürülməyib - Açıqlama

Noyabrın 13-də Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan erməni terrorçu Norayr Mirzoyanla bağlı yeni xəbər var.

Qarabağdakı separatçıların “hüquq müdafiəçisi” Metaxe Akopyan Norayr Mirzoyana baş çəkib.

O, “Hraparak”a açıqlamasında hazırda Ermənistanda olan Mirzoyana qarşı heç bir ittihamın irəli sürülmədiyini diqqətə çatdırıb.

“Norayr Mirzoyanın səhhəti və ya həyatı ilə bağlı heç bir təhlükə yoxdur”.

Akopyan həmçinin qeyd edib ki, Norayrın Xankəndidəki ailəsi ilə bağlı da hər şey normaldır.

Qarabağ separatçılarının “hüquq müdafiəçisi” bildirib ki, Norayr Mirzoyan həkimlərin nəzarəti altında tibb müəssisəsindədir, o, saxlanılmayıb və həbs edilməyib. \\