📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Praqadan Sankt-Peterburqa – Putin 70-ci yaş gününü İlham Əliyev və Paşinyan ilə birlikdə keçirəcək

2022-10-06 23:40:00

Praqadan Sankt-Peterburqa – Putin 70-ci yaş gününü İlham Əliyev və Paşinyan ilə birlikdə keçirəcək

Hurriyyet.az xəbər verir ki, sabah – oktyabrın 7-də, Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin rəhbərlərinin qeyri-formal görüşü keçirəcək. Həmin gün Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olacaq.

Kremlin mətbuat katibi Dmitri Peskov bununla bağlı açıqlamasında deyib: “Günün ortasında prezidentin MDB üzvü olan dövlətlərin başçıları ilə qeyri-formal görüşü keçiriləcək. Göüş Konstantin sarayında keçiriləcək. Bu, gələn həftə Astanada keçirilməsi planlaşdırılan MDB sammitinə hazırlıq çərçivəsində çox mühüm tədbir olacaq”.

Peterburq görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Tacikistan Prezidenti Emomali Rahmon, Belarus Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Prezidenti Şavkat Mirziyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcəklər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevintədbirdə iştirakı barəsində hələ informasiya yoxdur.

Xatırladaq ki, 6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər edib.

Türkiyə Prezidenti R.T.Ərdoğan, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa ölkələrinin digər dövlət və hökumət başçıları da sammitdə iştirak ediblər.

Hürr Tərcüman