📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Premyer Liqa klubunu Kosovo millisinin qapıçısı ilə gücləndirib

2024-07-17 22:31:23

Premyer Liqa klubunu Kosovo millisinin qapıçısı ilə gücləndirib

2024/2025 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək "İpsviç" kollektivi heyətini gücləndirib.

Hurriyyet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-göylər" Kosovo milli komandasının qolkiperi Arianet Muriçlə 4 illik anlaşıb.

Onun sonuncu iş yeri İngiltərənin "Bernli" klubu olub. A.Muriç Kosovo yığmasının heyətində 38 oyun keçirib.