Premyer Liqa: "Sabah" "Qəbələ"yə 7 qol vurdu
2026-03-10 21:19:42
Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Teıeqraf xəbər verir ki, turun sonuncu oyununda çempionatın lideri "Sabah" "Qəbələ"ni qəbul edib.
"Bank Respublika Arena"da keçirilən görüşdə meydan sahibləri rəqibini darmadağın edib - 7:1.
"Bayquşlar"dan Coy Lens Mikels (11 və 22-ci dəqiqələr), Aleksey İsayev (24), Kahim Parris (40), Aaron Maluda (53), Cesse Sekidika (63) və Rəhman Daşdəmirov (77) fərqləniblər. "Qırmızı-qaralar"ın təsəlli qolunu 87-ci dəqiqədə Adriel Ba Lua vurub.
Bununla da "Sabah" xallarının sayını 56-ya çatdıraraq liderliyini möhkəmlədib. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti turun oyunları martın 13-15-də keçiriləcək.