📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident 2 məşhur gömrük generalını işdən çıxardı

2022-12-28 12:03:00

Prezident 2 məşhur gömrük generalını işdən çıxardı

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Həsən oğlu Abdullayev vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə sədrin daha bir müavini İqbal Alıcan oğlu Babayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.