Prezident Astanada Müstəqillik Sarayında - Video
2024-07-04 13:27:18
İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün Müstəqillik Sarayına gəlib.
Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev dövlətimizin başçısını qarşılayıb.
Sonra Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının iştirakçıları birgə foto çəkdiriblər.
axar.az