📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident: "Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var"

2026-02-14 18:25:39

Prezident:

"Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi üzərində işləyirik. Bununla bağlı işlər aparılacaq, həmçinin yeni imkanlara nəzər salırıq".

Hurriyyet.org AZERTAC-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə bildirib.

"Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var", - deyə dövlətimizin başçısı əlavə edib.