📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident: "Azərbaycanın doqquzuncu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək"

2025-05-21 16:22:45

Prezident:

"Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək".

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1.5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

AZƏRTAC