📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

2021-11-17 14:42:00

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.