Prezident Bayden: Kiyev üçün sülh o deməkdir ki, Rusiya bir daha heç vaxt Ukraynaya hücum etməyəcək
2024-06-05 10:57:42
Kiyev üçün sülh o deməkdir ki, Rusiya bir daha heç vaxt Ukraynaya hücum etməyəcək. Bunu ABŞ prezidenti Co Bayden "Time" jurnalına müsahibəsində deyib.
Prezidentin sözlərinə görə bunun üçün Ukraynanın NATO üzvü olması zəruri deyil.
"Bu o deməkdir ki, bizim münasibətlərimiz özlərini gələcəkdə müdafiə etmələri üçün silah verdiyimiz başqa ölkələrlə münasibətlərimiz kimi olacaq”, deyə Bayden fikrini səsləndirib.
Ülviyyə, Hurriyyet.az