Prezident Baydendən AÇIQLAMA: Putin heç vaxt Ukraynaya hökm edə bilməz
2022-04-22 16:10:00
Putin döyüş meydanında böyük ambisiyalarını həyata keçirə bilmədi. Bu barədə ABŞ prezidenti Co Bayden Twitterdə yazıb.
“Prezident Zelenski və onun demokratik yolla seçilmiş hökuməti hakimiyyətdədir və cəsarətli Ukrayna vətəndaşlarının birləşdiyi Ukrayna Silahlı Qüvvələri Rusiyanın öz ölkələrini ələ keçirməsinin qarşısını aldı”, deyə Bayden yazıb.
Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin birliyi Putinə heç vaxt Ukraynanı işğal edə bilməyəcəyinə dair şəksiz siqnal verir.
“Bizim daxildə birliyimiz və müttəfiqlərimiz, tərəfdaşlarımız və Ukrayna xalqı ilə birliyimiz Putinə şübhəsiz siqnal göndərir: o, heç vaxt Ukraynaya hökm edə və işğal edə bilməz. Bu baş verməyəcək”, deyə Bayden yazıb.
Ülviyyə, Hurriyyet.az