📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Baydendən bəyanat: ABŞ və Almaniya Ukraynanın suverenliyini müdafiə edəcəklər

2021-07-16 10:30:00

Prezident Baydendən bəyanat: ABŞ və Almaniya Ukraynanın suverenliyini müdafiə edəcəklər

ABŞ və Almaniya Ukraynanın suverenliyini qoruyacaqlar və onun transatlantik istəklərini dəstəkləyəcəklər. Bu barədə prezident Bayden Ağ Evdə Almaniya kansleri Angela Merkellə görüşdən sonra bildirib. “Biz Qərbi Balkan ölkələrinin Avropa institutlarına davamlı inteqrasiyasını dəstəkləyirik. Eləcə də Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, NATO-ya qoşulmaq yolunda aparılan islahatlara dəstək veririk. Biz bir yerdə NATO müttəfiqlərinin rus aqressiyasından qorunması üçün şərq cinahının müdafiəsini bir yerdə həyata keçirəcəyik”, deyə Bayden qeyd edib.

 

Hazırladı: Ülviyyə Şükürova