Prezident bir qrup şəxsi təltif etdi
2024-05-27 16:17:41
Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı president.az məlumat yayıb.
Sərəncama əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilir:
Texnika sahəsi üzrə
Vaqif Məcid oğlu Fərzəliyev - Xüsusi təyinatlı sürtkü yağlarının
Həqiqət Əliəşrəf qızı Cavadova - yaradılması və istehsalının təşkili
Əfsun Rəzzaq oğlu Sucayev - kompleks elmi-texniki işinə görə;
Mədəniyyət sahəsi üzrə
Mehriban Zaur qızı Ələkbərzadə - Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə.