📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident bu ölkələrə yeni səfir təyin etdi

2024-12-20 17:12:55

Prezident bu ölkələrə yeni səfir təyin etdi

Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Prezidentin digər Sərəncamına əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlandda yeni səfiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Niderlandda səfiri olan Rəhman Mustafayev 2024-cü ilin oktyabrında vəzifəsindən geri çağırılaraq, ölkəmizin Rusiyada səfiri təyin olunub.