Prezident bu rayonlara yeni icra başçıları təyin etdi
2022-02-18 11:13:00
Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısı başqa bir sərəncamla Elxan Oqtay oğlu İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.