📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident büdcədən 6,7 milyon manat ayırdı

2023-03-31 14:05:00

Prezident büdcədən 6,7 milyon manat ayırdı

Prezident İlham Əliyev yol tikintisi ilə bağlı Sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.