📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Əliyev: 2020-ci ildə müharibənin bitməsindən indiyədək 361 Azərbaycan vətəndaşı mina qurbanı olub

2024-05-30 13:21:17

Prezident Əliyev: 2020-ci ildə müharibənin bitməsindən indiyədək 361 Azərbaycan vətəndaşı mina qurbanı olub

Prezident Əliyev "Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusuna həsr edilmiş beynəlxlaq konfransında çıxış edib. 

“Müharibə başa çatdığı 2020-ci ildən bu günə kimi əksəriyyəti mülki şəxslər olmaqla 361 vətəndaşımız minaların qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumiyyətlə, Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan indiyədək 3400-dən çox vətəndaşımız, o cümlədən 358 uşaq və 38 qadın minalardan zərər çəkib”, deyə Azərbaycan prezidenti beynəlxlaq konfransın iştirakçılarına bildirib.

Prezident əlavə edib ki, 2020-ci ildən 2023-cü ilə qədər Azərbaycan ərazisində uzunluğu 500 km-ə qədər olan yeni minalanmış zonalar yaradılıb və “buna görə məsuliyyət Ermənistanın üzərinə düşür”.

Ülviyyə, Hurriyyet.az