Prezident Əliyev “Azadlıq” radiosunun müxbirinə: “Bizdən Sorosa salam deyərsən” söylədi - VİDEO
Hurriyyet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada Avropa Siyasi Birliyinin sammitində görüşərkən prezidentlərin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu olub.
Prezident İlham Əliyev jurnalistin təmsil etdiyi media orqanının adını eşidərkən zarafatla deyib: “Bunlar sorosçulardır. Sorosa salam söylə bizdən. Sorosa de ki, biz burada da qardaşıq”.
İlham Əliyev daha sonra jurnalistin suallarını cavablandırıb. Onun “Nikol Paşinyan deyir ki, Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır” sualına Prezidentin cavabı belə olub: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq".
Hürr Tərcüman