Prezident Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının sammitində iştirak edəcək
Hurriyyet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda Ərəb Dövlətləri Liqasının 31-ci sammitində fəxri qonaq qismində iştirak eləmək üçün Əlcəzairə rəsmi səfər edib. İlham Əliyevi tədbirə Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə gedib.
Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.
Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz (hasilatda dünyada 5-ci, ixracatda 4-cü) və neft (hasilatda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır.
Hürr Tərcüman