📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Ərdoğan İsrailə dəvət olundu

2023-01-11 18:25:00

Prezident Ərdoğan İsrailə dəvət olundu

Hurriyyet.az xəbər verir ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyə Prezidenti R.T.Ərdoğanı ölkəsinə səfərə dəvət edib. Hersoq bu açıqlamanı Qüdsdə Türkiyə səfiri Şakir Özkan Torunların etibarnaməsini qəbul edərkən verib.

Hersoq deyib: “Prezident Ərdoğan mənimlə söhbət zamanı və çıxışlarında İsrail ilə Türkiyə arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. Mən də İsrail dövlətinin Prezidenti olaraq, bu fürsətdən istifadə edib Prezident Ərdoğanı İsrailə səfərə dəvət edirəm. İnanıram ki, bu səfər ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın dərinləşməsinə səbəb ola bilər”.

Hürr Tərcüman