📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Ərdoğan koronavirusdan sağaldı

2022-02-11 12:33:00

Prezident Ərdoğan koronavirusdan sağaldı

Hurriyyet.az  “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan koronavirusdan sağalıb. Onun Kovid-19 testinin nəticəsi neqativ çıxıb.

Bu barədə agentliyə məlumatı dövlət başçısını müalicə edən həkim Serkan Topaloğlu verib.

Prezident Ərdoğan özü də “Tvitter”də açıqlama verərək, son iki gün ərzində analizlərinin cavabının neqativ olduğunu bildirib.

Ərdoğan fevralın 5-də açıqlama verərək virusa yoluxduğunu bildirmişdi.

Hürr Tərcüman