📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Ərdoğan: London sualtı qayıqların tikintisi məsələsində Türkiyə ilə əməkdaşlığa hazırdır

2023-04-18 15:26:00

Prezident Ərdoğan: London sualtı qayıqların tikintisi məsələsində Türkiyə ilə əməkdaşlığa hazırdır

Böyük Britaniya sualtı qayıqların tikintisi məsələsində Türkiyə ilə əməkdaşlığa hazırdır. “Anadolu”nun məlumatına görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.
"Türkiyədən təyyarədaşıyan və sualtı gəmilər sifariş etməyə hazır olan ölkələr var. Böyük Britaniya sualtı qayıqların yaradılması məsələsində Türkiyə tərəfi ilə əməkdaşlığa hazırdır", deyə Ərdoğan bildirib.
Türkiyə lideri yerli pilotsuz sualtı nəqliyyat vasitəsinin yaradılması üzrə meqalayihənin həyata keçirilməsinə də diqqət çəkib.
"Texnologiyalar daim inkişaf edir, yenilənir. Bu idmanda olduğu kimidir: yeni səviyyələrə can atmaqdlr", deyə Ərdoğan bildirib.
Bundan əvvəl Türkiyə hücum dronlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş dünyanın ilk təyyarədaşıyan gəmisini istismara verib.
Ülviyyə, Hurriyyet.az