📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Ərdoğan "Nyu York Tayms" qəzetinə Türkiyənin niyə S-400 almasını aydınlaşdırdı

2021-09-30 17:20:00

Prezident Ərdoğan

ABŞ-ın "Nyu York Tayms" qəzeti Türkiyə prezidenti Ərdoğan ilə Rusiya prezidenti Putinlə görüşünə həsr etdiyi reportajında "S-400" ilə bağlı suala verilən cavabı da yayınlayıb.

Xəbərə görə, prezident Ərdoğan qəzet müxbirinin sualına, "Amerikalılar Türkiyəyə Patriot hava müdafiə sistemi satmış olsaydı, S-400-ləri almağa məcbur olmayacaqdıq" deyə cavab verib və Türkiyənin Rusiyadan S-400-ləri almasının NATO ittifaqına zərər verdiyi barədə fikirləri rədd edib. 
Türkiyənin S-400-ləri almasının ABŞ ilə yaratdığı sürtüşmələrə dəyib-dəymədiyi barədə sualına isə Ərdoğan, "Məncə buna dəyərdi. Müdafiəmizi istədiyimiz kimi gücləndirə bilərik" cavabını verib. 
Ülviyyə, Hurriyyet.az