Prezident Ərdoğan Putinlə danışacaq
2022-03-05 14:22:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Prezident R.T.Ərdoğanın sabah Rusiya Prezidenti Vladimir Putin ilə danışacağını bildirib. Kalın deyib: “Dünən Xarici İşlər naziriminz Mövlud bəy Brüsseldə, NATO sammitində bu təklifi edib. Nazirimiz özü də həm rusiyalı, həm də ukraynalı həmkarı ilə sıx əlaqə saxlayır. Bu, çox gözəl təklifdir. Kremlin bu istiqamətdə müsbət açıqlama verməsini də müsbət qarşılayırıq. Çünki bu müharibə dərhal sona çatmalı və tərəflər müzakirə masasına qayıtmalıdırlar”.
Hürr Tərcüman