📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Ərdoğan: “Putinlə razılaşdıq”

2023-01-05 20:59:00

Prezident Ərdoğan: “Putinlə razılaşdıq”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiya Prezidenti V.Putin ilə telefonla danışıb. Telefon söhbəti zamanı energetika, taxıl dəhlizi, Türkiyədə qaz mərkəzinin qurulması, Türkiyə-Rusiya münasibətləri, Rusiya-Ukrayna müharibəsi və Suriyanın daxilindəki regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Ukraynadakı müharibənin sülh və danışıqlar yolu ilə həll edilməsinin zərurətini vurğulayıb.

Türkiyə Prezidenti PKK/PYD/YPG terror təşkilatının Türkiyənin sərhəd bölgələrindən, xüsusilə də Tel Rüfət və Menbiçdən təmizlənməsi üçün artıq ciddi addımlar atılmasının lazım olduğunu vurğulayıb, bunun üçün Suriya hökumətinin də hərəkətə keçməli olduğunu bildirib.

Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə görüşündə Putinlə telefon söhbəti zamanı Afrikanın taxılla təmin edilməsi üçün Türkiyə ilə Rusiyanın əməkdaşlıq edəcəyi qərarına gəldiklərini bildirib: “Biz vəziyyəti ətraflı müzakirə etdik. O, Rusiyanın Afrikanın yoxsul ölkələrinə taxıl tədarük eləməyə hazır olduğunu bir daha bildirdi. Biz də həmin taxılı öz müəssisələrimizdə üyüdüb hazır unun yoxsul Afrika ölkərinə göndərilməsi üçün səy göstərəcəyik”.

Ərdoğan əvvəlki çıxışlarında bildirmişdi ki, indiyə qədər taxıl dəhlizi çərçivəsində Ukraynadan çıxarılan taxılın cəmi 14%-i Afrika ölkələrinə çatdırılıb.

Hürr Tərcüman