📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Ərdoğan Rusiya ilə Qərb arasında vasitəçilik etməyə hazırlaşır

2022-10-10 14:38:00

Prezident Ərdoğan Rusiya ilə Qərb arasında vasitəçilik etməyə hazırlaşır

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Rusiya ilə Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan Astanada, Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit zamanı keçirəcəkləri görüş zamanı Rusiya ilə Qərbin dörd ölkəsi arasındakı danışıqların Türkiyədə keçirilməsi məsələsini müzakirə edəcəklər. Bu barədə məlumatı Türkiyədə olan mənbələr verib. Kremlin mətbuat katibi Dmitri Peskov da bunun mümkün ola biləcəyini inkar etməyib.

Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astana şəhərində oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün – yəni oktyabrın 14-də isə MDB sammiti baş tutacaq.

Hürr Tərcüman