Prezident Ərdoğan Xocalı soyqırımının qurbanlarını yad edib
2025-02-26 17:13:16
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edib.
Ərdoğan sosial şəbəkədəki səhifəsində yazıb: "Ağrısını heç vaxt unutmayacağımız, kədərini həmişə ürəyimizdə daşıyacağımız Xocalı qətliamının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.
Yaxşı gündə də, pis gündə də bir olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm".
Hürr Tərcüman
.png)