Prezident Ərdoğanın ABŞ-a səfəri gözlənilir
2024-03-26 13:33:25
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ-a səfər edə bilər. Bu barədə məlumatı Türkiyənin "Hürriyet" nəşri verib.
Xəbərdə bildirilir ki, ABŞ-da seçki prosesi ilə əlaqədar təqvimdə gərginlik olmasa, Prezident Ərdoğan mayın 9-da Vaşinqtonda amerikalı həmkarı ilə görüşəcək.
Hürr Tərcüman