📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Ərdoğanın seçkilərdən sonra ilk səfərləri – bu gün Kiprə gedəcək, sabah isə...

2023-06-12 10:43:00

Prezident Ərdoğanın seçkilərdən sonra ilk səfərləri – bu gün Kiprə gedəcək, sabah isə...

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan seçkilərdə növbəti qələbəsindən sonra bu gün ilk xarici səfərlərinə başlayıb. Ənənəyə sadiq qalan R.T. Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycan Respublikasına səfər edəcək.

Kiprdə Ərdoğan Prezident Ersin Tatar ilə görüşməyi, onunla Kipr və Şərqi Aralıq dənizi məsələlərində yol xəritələri ilə bağlı mesajlar verəcək.

Ərdoğan sabah Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcək. Həmkarlar iki ölkə arasındakı əməkdaşlıq məsələlərini, Qafqazda sülhün və sabitliyin təmin edilməsini müzakirə edəcəklər.

Hürr Tərcüman