📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Fərman imzaladı

2024-10-25 16:14:45

Prezident Fərman imzaladı

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib.

Hurriyyet.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.