📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Fərman imzaladı

2025-04-17 16:53:11

Prezident Fərman imzaladı

Prezident İlham Əliyev 5 noyabr 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nı genişləndirib. 

Hurriyyet.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb. 

Fərmana əsasən, siyahıya “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-lər verilib. 

Həmin şirkətlər yaxın vaxtlara qədər hazırda ləğv prosesində olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansında olub.