📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Fransa səfirinə Laçın-Xankəndi yolundan keçən maşınların sayını dedi

2023-01-26 15:03:00

Prezident Fransa səfirinə Laçın-Xankəndi yolundan keçən maşınların sayını dedi

Dekabrın 12-dən etibarən 1 000-ə yaxın nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir.

yenisabah.az