📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident general-mayoru rəis təyin etdi

2022-12-19 19:48:00

Prezident general-mayoru rəis təyin etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.

Hurriyyet.az 
xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.

 
Xatırladaq ki, xəbəri ilk olaraq "Gununsesi.info" saytı yayıb.