📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Gömrük Komitəsinin sədri vəzifəsini ona həvalə etdi

2022-07-18 14:58:00

Prezident Gömrük Komitəsinin sədri vəzifəsini ona həvalə etdi

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyinat həyata keçirib. 

Hurriyyet.az xəbər verir ki, sarəncama görə, Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırova həvalə edilib.

Qeyd edək ki, Ş.Bağırov bundan əvvəl DGK sədrinin müavini vəzifəsini tutub.