📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etdi

2021-10-09 17:15:00

Prezident Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.